Duvr

Qəsəbə
Duvr
ing. Dover
51°07′39″ şm. e. 1°18′44″ ş. u.
Ölkə  Böyük Britaniya
Statistik region İngiltərə
Rayon [[Kent]]
Rayon [[Duvr]]
Rayon [[Duvr]]
Tarixi və coğrafiyası
Əvvəlki adı Dubris
Sahəsi 10,2 km²
Mərkəzin hündürlüyü 12 m
İqlimi Rütubətli, yağıntılı və buludlu
Saat qurşağı
Əhalisi
Əhalisi 43,806[1] nəfər (2016)
Sıxlığı 4,283 nəf./km²
Milli tərkibi ingilislər, irlandiyalılar, ərəblər
Etnoxronim Duvrlı
Rəsmi dili ingilis dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +44 1304
Poçt indeksi DOVER
Digər
WhiteCliffsCountry.org.uk  (ing.)
Xəritəni göstər/gizlə
Duvr xəritədə
Duvr
Duvr
Duvr xəritədə
Duvr
Duvr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Duvr (ing. Dover [ˈdoʊvər]fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır.

Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir. Duvr Britaniyadakı fransız dilində qarşılığı olan bir neçə yaşayış məntəqələrindən biridir.

Duvrda bir hərbi kazarma var idi. Bu kazarma 2007-ci ildə bağlanmışdır.[2] Qəsəbədəki bərə servislərinin çoxunun tənəzzül olmasına baxmayaraq, Duvr limanı ilə əlaqədar olan işlər qəsəbənin məğulluğunun əksəriyyətini təşkil edir. Limanı özəlləşdirmə layihəsi 2012-ci ildə ləğv edilmişdir. Bunun səbəbi layihəyə olan yerli müxalifət idi.[3]

  1. "DOVER". 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2018.
  2. "Barracks leave Army legacy behind". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
  3. Niyt, Rupert. "White cliffs of Dover: locals repel buyout by the French". The Guardian. 20 dekabr 2012. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2017.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search